• 19 Aprel 2024
logo
AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib

AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib

Xüsusilə Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyənin Asiya ilə, o cümlədən türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənəcək.
Bunu bu gün İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Türkiyə müharibədən sonra imzalanmış bəyanatların yerinə yetirilməsini arzu edir: “Bunun üçün isə Ermənistanın erməni lobbisinin göstərdiyi istiqamətdə yox, Ermənistanda yaşayan erməni xalqının mənafeyinə uyğun şəkildə Cənubi Qafqazda sülhə dəstək verməsinə ümid edirik. Çünki ABŞ-da, Fransada və başqa yerlərdəki erməni lobbisinin istəyi başqadır, Ermənistanın reallığı isə başqadır”.