• 19 Sentyabr 2026
logo
Ərdoğan: Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyirik

Ərdoğan: Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyirik

Türkiyə Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyir.

Baymedia.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
“İki dövlət - tək millət” şüarı ilə hərəkət etdiyimiz Can Azərbaycanla necə bir və bərabəriksə, digər Türk dövlətlərindəki qardaşlarımızla qəlblərimiz bir döyünür”, - o vurğulayıb.