Rusiya və ABŞ arasında Türkiyənin paytaxtı Ankarada hava limanında məhbus mübadiləsi baş tutub.
Baymedia.az xəbər verir ki, prosesi NTV canlı olaraq yayımlayıb.
Bildirilib ki, məhbus mübadiləsi üçün Rusiyadan Türkiyə paytaxtına iki təyyarə enib.
Siyahıda iki uşağın adı var.
Məlumata görə, təhvil-təslim prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) təşkilatçılığı ilə baş tutub.
Bundan əlavə, “Blumberq”in iddiasına görə, Rusiya “Uoll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilanı mübadilə çərçivəsində təhvil verib.