Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
APA xəbər verir ki, bu “ANKA” Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”, - XİN-dən bildirilib.