• 12 İyul 2024
logo
Türkiyədə çıxarılmağı gözləyən 5000 ton qızıl ehtiyatı var

Türkiyədə çıxarılmağı gözləyən 5000 ton qızıl ehtiyatı var

Türkiyənin yeraltı sərvətləri arasında hələ çıxarılmağı gözləyən 5 min ton qızılı var ki, bunun da təxminən 300 milyard dollar dəyəri var.

Baymedia.az xəbər verir ki, Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz, jurnalistlərin suallarını cavablayarkən Türkiyədə aparılan araşdırmalara görə qızıl mədəni potensialının 6 min 500 ton olduğunu deyib.

Onun sözlərinə görə bu rəqəmin 1500 tonunun harada olduğu artıq məlumdur və artıq çıxarılmağa başlanıb. Yerin altında gözləyən 5 min ton da qızıl var ki, bunun da dəyəri təxminən 300 milyard dollardır.