Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə Tiktok platformasından istifadə qadağan edilib.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinə təqdim edilən qanun layihəsi Milli Müdafiə Komissiyası tərəfindən qəbul olunub.
Türkiyə ordusunun əsgərlərinin hərbi hissələr və xüsusi əməliyyatların keçirildiyi bölgələrdən aktiv paylaşım etməsinin hərbi təhlükəsizlik riskini artırdığı bildirilir.