• 16 İyul 2024
logo
İsrail Türkiyə mallarına 100% rüsum tətbiq edəcək

İsrail Türkiyə mallarına 100% rüsum tətbiq edəcək

İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti bitənə qədər Türkiyədən gələn bütün mallara 100% rüsum tətbiq etmək niyyətindədir.

Baymedia.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

“Ərdoğanın səlahiyyət müddətinin sonuna qədər Türkiyədən idxala 100% rüsum tətbiq olunacaq. Türkiyədən idxal olunan mallara rüsumların artırılması sionistlərin Ərdoğana uyğun cavabıdır”, - o bildirib.

Qeyd edək ki, Türkiyə İsraillə bütün idxal-ixrac əməliyyatlarını dayandırıb.