• 19 May 2024
logo
Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.

Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.