Türkiyədə illik inflyasiya martda 68,5%-dən apreldə 69,80%-ə yüksəlib.
Baymedia.az xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutu (TÜİK) məlumat yayıb.
Bu, illik inflyasiyanın 84,39% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
"Apreldə illik inflyasiya 69,80%-ə qədər sürətləndi. Apreldə istehlak qiymətləri indeksi 3,18% artdı", - TÜİK-in açıqlamasında deyilir.
Eyni zamanda, bir qrup müstəqil iqtisadçı ötən ayın sonunda illik inflyasiyanın 124,35%, aprel ayında istehlak qiymətlərindəki artımın 5,02% təşkil etdiyini bildirir.
Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, ölkə hökuməti 2026-cı ilə qədər qiymət sabitliyinə və birrəqəmli inflyasiyaya nail olmağı gözləyir.