• 5 May 2024
logo
Türkiyədə əməliyyat: 9 kürd “jurnalist” həbs edildi

Türkiyədə əməliyyat: 9 kürd “jurnalist” həbs edildi

Türkiyə polisi İstanbul, Ankara və Urfada kürd “jurnalistlər”ə qarşı əməliyyat keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə “Bianet” məlumat yayıb.

Məlumata görə, polis 9 kürd jurnalisti saxlayıb, onların hamısı müxtəlif media orqanlarında işləyir.

Jurnalistlərin terror qruplaşmasına üzv olmaq ittihamı ilə həbs edildiyi qeyd edilir.