• 22 Aprel 2024
logo
Qərbi Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qərbi Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qərbi Qazaxıstan əyalətində baş verən daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Baymedia.az xəbər verir ki, bu barədə əyalət administrasiyasının rəhbəri Nəriman Tureqaliyev fərman imzalayıb.

Fərmana əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, vilayətin bir neçə rayonunda evlər su altında qalıb. Mənbəyini Rusiyadan götürən 5 sərhədyanı çayın daşması nəticəsində Kaztalov və Şanqalin rayonları ərazisində Qaraüzən və Sarıüzən çaylarının da suyu artmağa başlayıb.