Kristian Ronaldo İrana gəlib. Baymedia.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb. Qeyd edək ki, Ronaldonun çıxış etdiyi "Əl Nəsr" komandası sentyabrın 19-da Tehranın “Azadi” Stadionunda "Persepolis"lə qarşılaşacaq.