• 19 Oktyabr 2026
logo
Təbrizli xanım idmançı vəhşicəsinə döyüldü

Təbrizli xanım idmançı vəhşicəsinə döyüldü

Təbrizli karateçi qız Bita İxtari 6 hakim tərəfindən ölümcül döyülüb.

Baymedia.az xəbər verir ki, bu barədə onun anası məlumat verib.

"Bita tatamiyə çıxan rəfiqəsini alqışladığı üçün hakimlərin etirazları ilə qarşılaşıb. Etiraz etdikdə isə 6 karate hakimi tərəfindən vəhşicəsinə döyülüb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya köçürülüb", - Bita İxtarinin anası bildirib.

Şərqi Azərbaycan əyalətinin Gənclər və İdman İdarəsinin başçısı Həbib Sütudə faktı təsdiqləyib və bildirib ki, Bita İxtarinin mobil telefon vasitəsilə yarışdan video çəkdiyi üçün döyülüb.