• 19 Oktyabr 2026
logo
Məşhur türk futbolçu da Səudiyyəyə transfer oldu

Məşhur türk futbolçu da Səudiyyəyə transfer oldu

İtaliyanın "Atalanta" klubunun futbolçusu Merih Dəmiral "Əl-Əhli"yə transfer olunub.
Baymedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun saytı məlumat yayıb.
Bu transfer üçün 20 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, "Əl-Əhli" bu yay Roberto Firmino, Riyad Mahrez, Allan Sent-Maksimen, Rojer İbanez,Frank Kessye və Eduard Mendi kimi tanınmış futbolçuları heyətinə qatıb.