• 19 Oktyabr 2026
logo
“Qarabağ” klubu sabiq futbolçusu Patrik Andradeni geri qaytarıb

“Qarabağ” klubu sabiq futbolçusu Patrik Andradeni geri qaytarıb

Ağdamın “Qarabağ” klubu sabiq futbolçusu Patrik Andradenin transferini açıqlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kabo-Verdeli yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin mayınadək “Qarabağ”da çıxış edib. Sonra o, Serbiyanın “Partizan” klubuna keçib. Otuz yaşlı futbolçu 2022-2023-cü illər mövsümündə Serbiya təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib.