• 19 Oktyabr 2026
logo
Boksçumuz Avropa Oyunlarında gümüş qazandı

Boksçumuz Avropa Oyunlarında gümüş qazandı

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb.
Baymedia.az xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.
+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.
Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.