• 20 Aprel 2024
logo
Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Azərbaycana gələcək

Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Azərbaycana gələcək

Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilen Azərbaycana gələcək.
Baymedia.az xəbər verir ki, Eyup Zafer Gökbilen mayın 25-29-da Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin fəxri qonağı olacaq.
Turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda yarışacaq.
Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunacaq turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə baş tutacaq.