• 26 Aprel 2024
logo
Tehran Təbrizdən qisas aldı - İran mediası

Tehran Təbrizdən qisas aldı - İran mediası

Mayın 18-i İran Premyer Liqasının 22-ci mövsümünün yekun oyunları çərçivəsində Tehranın "İstiqlal" futbol komandası ilə Təbrizin "Traktor" komandasının qarşılaşması olub.
Baymedia.az xəbər verir ki, qalmaqallı qarşılaşma "İstiqlal"ın 7-1 hesablı qələbəsi ilə başa çatıb.
İranın bir sıra media orqanı bundan öncəki qarşılaşmada "Traktor"un "İstiqlal" üzərində 2-1 hesablı qələbəsinə toxunaraq, Təbriz komandasının məğlubiyyət xəbərini "Tehranın Təbrizdən ağır qisası", "Azadi" stadionu “Traktor”çuların xəyallarının qətlgahı" və başqa bu kimi başlıqlar altında dərc ediblər.
Həmçinin, dünənki qarşılaşmada "Traktor" komandasının 5 zədəli oyunçu ilə meydana çıxması mübahisə və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Premyer Liqanın 22-ci mövsümünün sonunda Tehranın "Perspolis" komandası 66 xalla birinci, İsfahanın "Sepahan" komandası 65 xalla ikinci, Tehranın "İstiqlal" komandası 62 xalla üçüncü və Təbrizin "Traktor" komandası 52 xalla dördüncü yerləri tutublar.