• 19 Oktyabr 2026
logo
Çimərlik futbolu üzrə millimiz Antalyada yoldaşlıq oyununda məğlub olub

Çimərlik futbolu üzrə millimiz Antalyada yoldaşlıq oyununda məğlub olub

Bu gün Antalyada çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Baymedia.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqləniblər.
Komandalar arasında növbəti oyun mayın 4-də keçiriləcək.