PSJ-nin hücumçusu Lionel Messinin karyerasını davam etdirmək üçün 4 variantı var.
Baymedia.az xəbər verir ki, argentinalı futbolçunun hazırda iki real təklifi var. hazırkı klubu və Səudiyyə Ərəbistan təmsilçisi “Əl Hilal” onun xidmətində maraqlıdır. Ərəblər 35 yaşlı futbolçuya illik 400 milyon avroluq müqavilə təklif edib.
Messini sabiq komandası "Barselona” və ABŞ klubu “İnter Mayami” də istəyir. Mənbənin sözlərinə görə, ulduz futbolçu Avropadan kənara çıxmaq istəmir. Messi növbəti dəfə “Qızıl top”u qazanmaq arzusundadır, buna görə də o, "köhnə qitə"də qalmağa üstünlük verir.
Xatırladaq ki, dünya çempionunun PSJ ilə müqaviləsi iyunda başa çatır.