• 29 Mart 2024
logo
“Traktor” klubu Xoya yardım edəcək

“Traktor” klubu Xoya yardım edəcək

Təbrizin “Traktor” futbol klubu qarşıdakı oyunda satılacaq biletlərin pulunu Xoy zəlzələsində zərər görmüş azərbaycanlılara yardım olaraq verəcək.
Baymedia.az xəbər verir ki, bu barədə klubun yaydığı elanda bildirilib.
Qeyd edək ki, “Traktor” fevralın 2-də Xuzistan əyalətinin "Fulad" klubu ilə qarşılaşacaq.