• 28 Yanvar 2023
logo
DÇ-2022: Yeni rekord qeydə alındı

DÇ-2022: Yeni rekord qeydə alındı

Dünya çempionatları tarixində yeni rekord müəyyənləşib.

Baymedia.az xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.

Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.