• 19 Mart 2024
logo
DÇ-2022: 1/8 finalın daha 2 oyunu keçiriləcək

DÇ-2022: 1/8 finalın daha 2 oyunu keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Baymedia.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək.

Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022

1/8 final mərhələsi

5 dekabr

19:00. Yaponiya - Xorvatiya

Baş hakim: İsmail Elfat (Braziliya)

"Əl Cənub" stadionu

23:00. Braziliya - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

"974" stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.