• 28 Yanvar 2023
logo
Qana Cənubi Koreyaya qalib gəldi

Qana Cənubi Koreyaya qalib gəldi

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyunu başlayıb.

Baymedia.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

***

Məhəmməd Salisu oyunun 24-cü dəqiqəsində komandasını 1-0 hesabı ilə irəli keçirdi.

***

Məhəmməd Kudüs 34-cü dəqiqədə Qana millisinin ikinci qolunu vurdu. 2-0

***

Cənubi Koreya millisi görüşün Ço Que-Sunq 58 və 61-ci dəqiqəsində vurduğu qollarla hesabı bərabərləşdirdi: 2-2.

***

Məhəmməd Kudus Qananı 69-cu dəqiqədə hesabda yenidən irəli çıxardı: 3-2.

***

Qana Cənubi Koreyaya 3-2 qalib gəldi.