• 20 Oktyabr 2026
logo
Azərbaycanlı xanım "Fiorentina"nın matçına təyinat aldı

Azərbaycanlı xanım "Fiorentina"nın matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Baymedia.az xəbər verir ki, o, Latviyada RFS və İtaliya "Fiorentina"sı arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də oynanılacaq.