• 1 Dekabr 2022
logo
İspaniya millisi məğlub oldu

İspaniya millisi məğlub oldu

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.
Baymedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası UEFA Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasından sonra yenilib.
Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.