• 20 Oktyabr 2026
logo
Komandamız ÇL-nin 1/4 finalında bu rəqiblə qarşılaşacaq

Komandamız ÇL-nin 1/4 finalında bu rəqiblə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan çempionu "Birbaşa"nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.
Bu, Bosniya və Herseqovinanın "Sipa" kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi "Dadi Qradnya" (Monteneqro) komandası olub.
Qeyd edək ki, "Birbaşa" – "Dadi Qradnya" görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun "CBC Sport" telekanalı vasitəsilə canlı göstəriləcək.