• 20 Oktyabr 2026
logo
ÇL: bu gün 3 komanda qrupa vəsiqə qazanacaq

ÇL: bu gün 3 komanda qrupa vəsiqə qazanacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
İlk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapacaq.
23 avqust
UEFA Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 2:3
23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0
Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.