• 5 Oktyabr 2022
logo
İslamiada: Azərbaycan atıcılıqda ilk medalını qazanıb

İslamiada: Azərbaycan atıcılıqda ilk medalını qazanıb

Azərbaycanın stend atıcısı Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, skit reytinq yarışlarında 3-cü yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın atıcılıq növündə İslamiadadakı ilk medalıdır.