• 28 Mart 2024
logo
Leyla Əliyeva güləşçilərin çıxışlarını izləyir

Leyla Əliyeva güləşçilərin çıxışlarını izləyir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.
Report xəbər verir ki, L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.
Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst və qadın güləşçiləri mübarizəyə başlayıb.