• 3 Oktyabr 2022
logo
“Qarabağ” Budapeştə yollanıb

“Qarabağ” Budapeştə yollanıb

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar Macarıstana yollanıb.
Azərbaycan çempionu “Ferensvaroş”la görüş üçün Bakını tərk edib
Ağdam klubunu aparan təyyarə Budapeştə yola düşüb. Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Ferensvaroş” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. “Qarabağ” öz meydanındakı ilk matçda rəqibi ilə qollu heç-heçə (1:1) edib.