• 8 Avqust 2022
logo
"Qarabağ" "Ferentsvaroş"a qarşı: heyətlər açıqlandı

"Qarabağ" "Ferentsvaroş"a qarşı: heyətlər açıqlandı

Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə meydana çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni
Baş məşqçi: Stanislav Çerçesov
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.