• 20 Oktyabr 2026
logo
Rəşad Sadıqov: “Matça, nəticəyə pozitiv köklənmişik”

Rəşad Sadıqov: “Matça, nəticəyə pozitiv köklənmişik”

“Püşk bizə “Makkabi”ni qismətimizə gətirdi. Uzun zamandır hazırlaşırıq”.
Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsində İsrail klubu “Makkabi” (Təl-Əviv) ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis sabah “Dalğa Arena”da baş tutacaq qarşılaşma öncəsi komandasının durumunu dəyərləndirib: “Hazırlığımız sırf Konfrans Liqasına yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, nəticəyə pozitiv köklənmişik”.