• 27 İyun 2022
logo
Taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi dəyişib

Taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi dəyişib

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Bu, Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin iclasında rəsmiləşib.
Toplantıda məşqçi-müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçilər heyətində müəyyən dəyişikliklər olunub.
Öz xahişi ilə istefa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandostun yerinə Məmməd Abdullayev təyin edilib. Ona Rəşad Məmmədov köməklik edəcək.
Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.