• 20 Aprel 2024
logo
Azərbaycan – Ermənistan oyununun vaxtı açıqlanıb

Azərbaycan – Ermənistan oyununun vaxtı açıqlanıb

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda oyunların təqvimi açıqlanıb.

San-Marinodakı turnirdə 10 komanda iki qrupda mübarizə aparacaq.B qrupunda yer alan Azərbaycan yığmasının Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldova ilə görüşlərinin tarixi və başlama saatı dəqiqləşib. İlk turu buraxacaq çempionata iyulun 25-də başlayacaq.

Öncə Lüksemburq, ardınca Cəbəllütariqı sınağa çəkəcək komandamız IV turda Ermənistanla qarşılaşacaq. Serravalle şəhərindəki qrup mərhələsində son rəqib Moldova olacaq.

Hər qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək. A qrupunda Monako, Malta, San-Marino, Albaniya və Andorra mübarizə aparacaq.

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatı
C divizionu
B qrupu
II tur, 25 iyul

14:30. Azərbaycan – Lüksemburq
III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan
IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan
V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan