• 28 Mart 2024
logo
22 iyunda Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı keçiriləcək

22 iyunda Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı keçiriləcək

Yavər Hüseynov: “KARATE İLƏ YENİ MƏŞĞUL OLMAĞA BAŞLAYAN İDMANÇILARIMIZ BÖYÜK ARENADA ÖZ GÜCLƏRİNİ SINAYACAQLAR”

22 iyun 2022-ci il tarixində ARPAÇAY Karate Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Bakı İdman Sarayının I Açıq Çempionatı keçiriləcək. Yarış barədə məlumat verən Arpaçay Karate Klubunun prezidenti, Bakı İdman Sarayının İdman Şöbəsinin müdiri, Əməkdar məşqçi Yavər Hüseynov bildirib ki, bu dəfə karate idman növü ilə yeni məşğul olmağa başlayan idmançılarımız böyük arenada öz güclərini sınayacaqlar: “5-13 yaş arasında karate ilə yeni məşğul olmağa başlayan idmançıların iştirakı ilə ilk dəfə olaraq böyük və möhtəşəm çempionat keçiriləcək. Yarışın keçirilməsi üçün bizə dəstək olan Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Bakı İdman Sarayının direktoru Əli Əsgərova dərin təşəkkürümüzü bildiririk”.
Y.Hüseynov onu da bildirib ki, ARPAÇAY Karate Klubunun və Bakı İdman Sarayının idmanımızın inkişafı ilə bağlı möhtəşəm layihələri davam edəcək və yaxın zamanlarda ölkəmizdə ilk dəfə olaraq idman festivali keçiriləcək: “Gənclər və İdman Nazirliyinin, Bakı İdman Sarayının dəstəyi və Arpaçay Karate Klubunun təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Azərbaycanda ilk dəfə olaraq beynəlxalq idman festivalı keçiriləcək. Festivalın 19-23 oktyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında baş tutacağı gözlənilir. Bütün idman növləri ilə məşğul olan federasiyalar, klublar və idmançılar bu festivalda iştirak edə biləcəklər”.