• 25 Aprel 2024
logo
UEFA prezidenti: “Real”ın doqquz canı var”

UEFA prezidenti: “Real”ın doqquz canı var”

“Real”ın yarımfinalda “Mançester Siti”ni məğlub edəcəyinə şübhə edirdim. Xüsusən də, ilk oyundakı yenilgidən sonra. Lakin deyəsən onların doqquz canı var”.
Bunu UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunu barədə fikir bildirərkən deyib.
Sloveniyalı futbol funksioneri yarımfinalda “Mançester Siti”ni üstələyən “Real” barədə maraqlı fikirlər səsləndirib: “Real” təcrübəli komandadır. Amma məncə, müdafiə xəttində problemləri var. Bununla belə, əllərində sehrli Kərim Benzema var. Mən onun layiq olduğu qiyməti almadığını düşünürəm. Luka Modriç isə yaşlandıqca yaxşılaşır”.
O, “Real”ın finaldakı rəqibi “Liverpul”u da yüksək qiymətləndirib: “Liverpul”un yaxşı heyəti, daha gənc oyunçuları var. Ancaq onların finallarda o qədər də böyük təcrübəsi yoxdur. Qalibi təxmin etməyəcəyəm, çünki adətən səhv edirəm. Proqnoz vermək mümkün deyil. İnanılmaz dərəcədə maraqlı final gözləyirik”.
Qeyd edək ki, “Liverpul” - “Real” oyunu mayın 28-də Fransada keçiriləcək.