• 28 Mart 2024
logo
Emin Əmrullayev: “Basketbolun süni inkişaf etməsini istəmirik”

Emin Əmrullayev: “Basketbolun süni inkişaf etməsini istəmirik”

Azərbaycan Basketbol Federasiyasının (ABF) “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbiri keçirilib.
Mərasimdə federasiyanın prezidenti Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin federasiya və nazirlik nümayəndələri iştirak edib.
Tədbirdə federasiyanın son 5 ayda gördüyü işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqda hesabat verilib.
Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını söyləyib: “Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik. Gənc idmançıların qarşısına adətən müəyyən yaşda seçim imkanı verilir: ya idmanı, ya da təhsili seçmək. Bu, kifayət qədər çətin seçimdir. Düşünürəm ki, bu problemi mütləq həll etməliyik. Bütün idman növlərində yalnız fiziki güclə uğur qazanılmır. Burada intellekt də önəmlidir. Yeniyetmələrimizi belə ağır seçim qarşısında qoymamalıyıq”.