Niderland millisinin baş məşqçisi Lui van Qal xərçəng xəstəliyindən sağalıb.
Bunu 70 yaşlı mütəxəssis özü açıqlayıb.
İki ildir bu xəstəliklə mübarizə apardığını bildirən van Qal müayinələrin işə yaradığını söyləyib: “Artıq sağaldım. 25 dəfə müalicə aldıqdan sonra bunun xeyrinin olub-olmadığını görmək üçün 6 ay gözləməli idim. Artıq tam dəqiqliklə deyə bilərəm ki, tamam sağalmışam”.
Qeyd edək ki, Lui van Qal bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatından sonra Niderland millisindən ayrılacaq. Onu bu postda Ronald Kuman əvəz edəcək.