“Milan” Sven Botmanla anlaşıb.
İtaliya klubu Fransa “Lill”ində çıxış edən müdafiəçi ilə şəxsi müqavilənin bütün detallarını razılaşdırıb.
22 yaşlı niderlandlı yeni klubuna yayda keçməyə yaxındır. Keçid baş tutsa, onunla 5 illik müqavilə imzalanacaq. Futbolçu bonuslardan əlavə 3 milyon avro qazanacaq.
Transferin reallaşması üçün klublar arasında razılıq əldə olunmalıdır. Fransa təmsilçisi müdafiəçi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Botman cari mövsümün 28 matçında 3 qol vurub.