• 20 Oktyabr 2026
logo
Emil Balayevin Qazaxıstan klubuna keçidi rəsmiləşib

Emil Balayevin Qazaxıstan klubuna keçidi rəsmiləşib

Azərbaycan millisinin qapıçısı Emil Balayevin “Turan”a keçidi rəsmiləşib.
Qazaxıstan klubu “Qarabağ”dan yenicə ayrılan 28 yaşlı qolkiperlə müqavilə imzalandığını instaqram hesabı vasitəsilə açıqlayıb.
Sözləşməsinin detalları barədə heç bir məlumat verilməsə də, Emilin yeni komandasında 22 nömrəli formanı geyinəcəyi bildirilib.