• 29 Mart 2024
logo
“Barselona”nın futbolçusunun ayağı qırılıb

“Barselona”nın futbolçusunun ayağı qırılıb

“Barselona”nın müdafiəçisi Samuel Umtiti növbəti dəfə sıradan çıxıb.
Fransa millisinin üzvü dünənki məşq zamanı ayağından xəsarət alıb.
Müayinə zamanı 29 yaşlı futbolçunun sağ ayaq sümüyünün sındığı müəyyənləşib. Umtiti bu gün həkim Antoni Dalmau və klubun tibbi personalının nəzarəti altında əməliyyat olunacaq. Onun yaşıl meydanlara dönmə tarixi əməliyyatdan sonra bəlli olacaq.
Qeyd edək ki, Samuel Umtiti bu yaxınlarda “Barselona” ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzadıb.