• 28 Mart 2024
logo
“Qarabağ” Musa Qurbanlının adının "Beşiktaş"la hallanmasına aydınlıq gətirib

“Qarabağ” Musa Qurbanlının adının "Beşiktaş"la hallanmasına aydınlıq gətirib

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə bağlı “Beşiktaş”dan təklif alması xəbəri əsassızdır.
Bunu apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Klub rəsmisi bildirib ki, gənc forvardın keçidi üçün Türkiyə təmsilçisindən heç kim onlarla əlaqə saxlamayıb: “Bu, Türkiyə mediasının iddiasıdır. “Beşiktaş”ın Musa Qurbanlını transfer etməsi ilə bağlı klubumuza istər yazılı, istərsə də şifahi hər hansı müraciət daxil olmayıb”.
Qeyd edək ki, Türkiyə mətbuatının iddiasına görə, “Beşiktaş”ın baş məşqçisi Önder Karaveli rəhbərlikdən Musa Qurbanlının transferini istəyib və bununla bağlı “Qarabağ”la danışıq aparılıb. 20 yaşlı forvard cari mövsümün ilk yarısında Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.