• 20 Aprel 2024
logo
"Qarabağ" qapıçı transferini açıqlayıb

"Qarabağ" qapıçı transferini açıqlayıb

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.
Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.
23 yaşlı qolkiper Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.