• 19 Aprel 2024
logo
“Qalatasaray”ın yeni baş məşqçisi Domenek Torren İstanbula gəlib.

“Qalatasaray”ın yeni baş məşqçisi Domenek Torren İstanbula gəlib.

İspaniyalı mütəxəssis hava limanında verdiyi ilk açıqlamada klubla anlaşdığını təsdiqləyib.
60 yaşlı çalışdırıcı “cim-bom”la uzun müddətdir danışıq apardığı ilə bağlı açıqlama vermədiyini də sözlərinə əlavə edib: “Qalatasaray” kimi böyük klubda olduğum üçün sevincli və həyəcanlıyam. Amma mən “Qalatasaray”la uzun müddətdir danışıq aparıram kimi açıqlama verməmişəm”.
Torrenin “sarı-qırmızılılar”la mövsümün sonuna qədər müqavilə imzalaması gözlənilir. Həmçinin sözləşməyə “tərəflər məmnun qalarsa, müddət uzadılacaq” bəndi də yer alacaq.
Qeyd edək ki, iki gün əvvəl baş məşqçi Fatih Terimlə vidalaşan “Qalatasaray” 20 turda topladığı 27 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.