• 20 Aprel 2024
logo
“Fənərbaxça”nın prezidenti yeni baş məşqçi üçün Avropaya yollanır

“Fənərbaxça”nın prezidenti yeni baş məşqçi üçün Avropaya yollanır

“Fənərbaxça”nın prezidenti Ali Koç Avropa ölkələrinə səfərə çıxır.
Məqsəd baş məşqçi postuna namizədlərlə görüşməkdir.
İlk olaraq Almaniyaya yollanacaq prezident baş məşqçi postuna gətirmək istədiyi Yoahim Lövlə bir araya gələcək. Əgər almaniyalı mütəxəssislə ortaq məxrəcə gəlmək mümkün olmasa, B vatiantı olaraq xorvatiyalı Slaven Biliç və portuqaliyalı Xorxe Xesusla görüş təşkil ediləcək. Hər üç mütəxəssis hazırda işsizdir.
Qeyd edək ki, Super Liqanın XVII turunda “Beşiktaş”la oyundan sonra baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran “Fənərbaxça” hazırda 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.