• 21 Oktyabr 2026
logo
“Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık qəzada ölüb

“Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık qəzada ölüb

Türkiyə futbolunda bədbəxt hadisə baş verib.
Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.
“Konyaspor”da çıxış edən 28 yaşlı müdafiəçi keçirdiyi qəzada həlak olub.
Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2020-ci ilin sonunda İstanbul nəhəngindən “Konyaspor”a keçib. Türkiyənin aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş Çalık 2015-2017-ci illərdə əsas millinin heyətində 8 oyun keçirib.