• 21 Oktyabr 2026
logo
“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxub

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxub

“Qalatasaray” yeni ildə ilk koronavirus testindən keçib.
İstanbul təmsilçisi məşqçi korpusu, futbolçu heyəti, tibbi personalı, rəhbərlik və bazadakı işçilərin hamısının testinin nəticəsini açıqlayıb.
“Cim-bom” rəsmi saytı vasitəsilə iki nəfərdə testin pozitiv nəticələndiyini açıqlayıb. Bunlar əsas komandanın futbolçuları – qapıçı Fatih Öztürk və müdafiəçi Alparslan Öztürkdür. Hər iki oyunçu karantinə alınıb.
Qeyd edək ki, “Qalatasaray” Super Liqanın XX turunda yanvarın 8-də “Giresunspor”la qarşılaşacaq.