• 21 Oktyabr 2026
logo
"Buta"nın yetirmələri respublika çempionatlarında qalib olublar

"Buta"nın yetirmələri respublika çempionatlarında qalib olublar

Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları son günlər keçirilən yarışlarda böyük nailiyyətlər əldə edirlər. Bu idmançılar arasında Nuray və Hihad İbadova bacı-qardaşı da var. Belə ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində kempo, qocyu-ryu və fudokan idman növləri üzrə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş açıq respublika çempionatı keçirilib.
“Xalq Cəbhəsi”nin məlumatına görə, Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının və Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkil etdiyi yarış uşaq, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib.
Tədbirin açılış mərasimində qazilərimiz, şəhid ailələri, dövlət xadimləri, Milli Məclisin deputatları, tanınmış idmançılar, həmçinin sənət adamları da iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının prezidenti, Əməkdar idman xadimi Tarverdi Allahverdiyev, federasiyanın rəsmi nümayəndəsi İmran Hüseynəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, DFF-nin Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Milli Məclisin deputatı Vüqar İsgəndərov, qazilər və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ildən artıq düşmən işğalı altında olan torpaqlarımızı azad edərək xalqımıza böyük qələbə sevinci yaşatdığını bildiriblər.
Sonra yarışlara start verilib.
Yarışda yekun nəticələrə görə mükafatçılar müəyyənləşib. Turnirdə ilk üç yeri tutanlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Bu yarışda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançısı Nuray İbadova I yerə çıxıb.
Zəfər gününə həsr olunan karate üzrə uşaqlar arasında “Olimpiya ümidləri” açıq karate birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun zalında keçirilən yarışda 6-13 yaşlı uşaqlar fərdi kata və kumite yarışlarında iştirak ediblər.
Azərbaycan Milli Karate Federasiyasının təqvim planı üzrə ilin son turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edib. Yarışda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da medallar qazanıblar. Klubun yetirməsi Nihad İbadov isə respublika üzrə Ill yerə çıxıb.
Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 9-cu və 8-ci sinif şagirdləri olan Nuray və Nihad İbadovaların karate müəllimləri Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir.
Əli