• 21 Oktyabr 2026
logo
Dünyanın ən intizamsız futbolçusu bəlli olub

Dünyanın ən intizamsız futbolçusu bəlli olub

İlin ən intizamsız futbolçuları açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində ən çox qırmızı vərəqə alan oyunçuları müəyyənləşdirib.
Uruqvaylı Martin Qonzales il ərzində 5 dəfə meydandan qovulub. 27 yaşlı müdafiəçi öncə “Serro”da bir, ardınca “Rentistas”da dörd qırmızı vərəqə alıb.
İki oyunçu il ərzində 4 dəfə meydandan qovulub. Ekvadorlu Cerri Leon “Olmedo”da, polşalı Blaje Aqustin “Yagelloniya”da belə intizamsızlıq edib. O, ilk üç qırmızı vərəqəsini meydana çıxdığı ardıcıl üç matçda alıb.